Mob.:+994774460030 Tel.:(+994 12)447-21-86 (87)

TƏŞKİLATÇI

Güvəndikləriniz üçün!
PR Award Azerbaijan

Böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, Caspian Energy Club Milli «PR Award Azerbaijan» müsabiqəsinin təşkilinə başlayır. «PR Award Azerbaijan» müsabiqəsinin qalibləri müstəqil beynəlxalq platformada keçiriləcək və online səsvermə yolu ilə müəyyənləşəcək. Səsvermənin nəticələri «PR Award Azerbaijan» müsabiqəsinin mükafatlandırma mərasimi çərçivəsində açıqlanacaq. Müsabiqədə Azərbaycanda fəaliyyət göstərən yerli şirkətlərin PR (İctimai Əlaqələr departamentinin) rəhbərləri iştirak edə bilərlər.

 

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda təsis edilib. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaq, həmçinin B2G, B2B, B2C-ni təşviq etmək və fəal şəkildə iştirak etməkdir.

 

Caspian Energy Club biznes-netvorkinq üçün beynəlxalq platformadır və mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakıda yerləşir. Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, BƏƏ, İsrail, Almaniya, Polşa, Slovakiya, Çexiyada rəsmi nümayəndəlikləri, həmçinin, dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var. 


Premium üzv : 50 brend 

Platin üzv : 24 brend

Qızıl üzv: 12 brend

Gümüş üzv: 6 brend

Networking üzv: 1 brend


Qeyd edək ki , Klub üzvləri üçün iştirak ödənişsizdir. Qeyri klub üzvləri üçün iştirak haqqı 500 AZN + 18% ƏDV təşkil edəcək.

 

İŞTİRAKÇILAR